Sid Kampeador | |
---|---|
isp. Rodrigo Díaz de Vivar | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ruderico Didaz |
Doğum tarixi | ən tezi 1041 və ən geci 1057[1] |
Vəfat tarixi | ən tezi may 1099 və ən geci 10 iyul 1099 |
Vəfat yeri | |
Hərbi xidmət | |
Rütbəsi | Cəngavər |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], hərbi iş[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Rodrigo Díaz de Vivar (ən tezi 1041 və ən geci 1057[1] – ən tezi may 1099 və ən geci 10 iyul 1099, Valensiya[2]), daha çox Sid Kampeador (El Cid Campeador) kimi tanınan Kastiliya zadəganı, hərbi komandiri və qabiliyyətli diplomatı olmuşdur. Sürgün edilməsindən sonra Valensiya şəhərini fəth etmiş və şəhəri idarə etmişdir. Kastiliya sarayında təhsil almış, VI Alfonsonun ən mühüm komandiri olmuş və müsəlman ərəblərə (Əndəlüs) qarşı mübarizə aparmışdır. Onun ləqəbi olan "El Cid" ispan dilindəki “El” tərif ədatı və Ərəb dilindəki seyid (سيد) sözlərindən əmələ gəlmişdir. Beləliklə də, “El Cid” bu formada hökmdar olaraq tərcümə edilə bilər. “Campeador” isə latın sözü olub döyüş sənətinin ustası və yaxud da qılınc ustası deməkdir.